Hadisə
İcra Hakimiyyətində əməliyyat keçirildi: Saxlanılanlar var

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron rayon İcra Hakimiyyətində əməliyyat keçirib.
Qaynarinfo xəbər verir ki, İcra Hakimiyyətinin binasında əməliyyat ötən gün olub.
Əməliyyat zamanı saxlanılan şəxslərin olduğu bildirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən məlumatı təsdqiləyiblər. Əlavə məlumat veriləcəyi açıqlanıb.