İdman

“Real”ın ulduzları “Barselona”lıya belə dəstək oldular: “Bu qələbə məğlubiyyətdən daha pis oldu”

“Real Madrid”in hücumçusu Xoselu ilə onun komanda yoldaşı Dani Karvahal İspaniya millisinin heyətində çarpaz bağlarından zədə alan “Barselona”nın yarımmüdafiəçisi Qaviyə dəstək olublar.

Fanat.az xəbər verir ki, hər iki futbolçu sosial şəbəkə hesablarında paylaşım ediblər.

Karvahal: “Rəqib və həmkarıq, lakin hər şeydən əvvəl insanıq. Daha da güclü qayıdacaqsan. Uğurlar sənə”, – Karvaxal sosial şəbəkələrdə yazıb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Xoselu: “Bu qələbə məğlubiyyətdən daha pis oldu. Sən bu uğursuzluğun öhdəsindən gələcək qədər böyük və güclüsən. Narahat olma. Hər zaman sənin yanındayıq”.

Qeyd edək ki, ulduz yarımmüdafiəçi zədə səbəbindən bu mövsümün qalan hissəsini buraxacaq.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button