Hadisə

“Dünyagöz Xəstəxanası” İcbari Tibbi Sığorta ilə gələn insanları aldadır – Şikayət

“Dünyagöz Xəstəxanası” İcbari Tibbi Sığortadan göndəriş alıb gələn pasiyentləri aldadır.

Qlobal.az xəbər verir ki, bu barədə jurnalist Zərdabi Abbasov yazıb.

Z.Abbasovun sözlərinə görə gözlərinə linza qoydurmaq üçün İcbari tibbi Sığortadan “Dünyagöz Xəstəxanası”na göndəriş alıb. Xəstəxananın həkimi Fərəh Abduləliyeva tərəfindən müayinə olunduqdan sonra digər otağa yönləndirilib. Orada isə Z.Abbasovdan linzaların qoyulması üçün 1000 manat tələb edilib. İcbari Tibbi Sığortanın xətti ilə gəldiyini deyən Z.Abbasova sığorta ilə ancaq “kitayski” linzaların qoyulduğunu, həkimin isə ona “amerikanski” linza yazdığını bildiriblər.

Z.Abbasov qeyd edir ki, bundan sonra TƏBİB ilə əlaqə saxlayıb.

TƏBİB-dən bildiriblər ki, sığorta xətti ilə bütün ölkəyə amerika istehsalı linzalar gətirilir.

Qlobal.az məsələ ilə bağlı “Dünyagöz Xəstəxanası”ndan mövqe öyrənə bilməyib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button