İdman

Messi Kvaratsxeliyanı necə təəccübləndirib?

Gürcüstan millisinin və “Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya ötən ay “Qızıl top”un mükafatlandırma mərasimində Lionel Messinin onu necə təəccübləndirməsindən danışıb.

Qol.az goal.com-a istinadən xəbər verir ki, 22 yaşlı oyunçu tədbir zamanı argentinalı hücumçunun onun əlini sıxmasına və təvazökarlığına təəccübləndiyini söyləyib. Xviça Messiyə bu jestinə görə təşəkkür edib.

“Messi sağ tərəfimdə oturmuşdu. Reklam sırasında ayağa qalxmamağımız və çox hərəkət etməməyimlə bağlı bizə xəbərdarlıq edilmişdi. Buna görə də yerimdə oturmuşdum. Sonra Messi anidən ayağa qalxdı və mənə doğru gəldi. Nə baş verdiyini anlamadım, amma o, əlimi sıxdı. Ona bu jestinə görə təşəkkür edirəm. Messi gözəl insandır” – deyə Xviça bildirib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd edək ki, X.Kvaratsxeliya bu mövsüm “Napoli” forması ilə meydana çıxdığı 15 matçda 3 qol vurub, 5 qolun ötürməsini verib.

Bənzər yazılar

Back to top button