Hadisə

Nazir köməkçisini vəzifədən çıxarıb – “Nazirlə bağlı ciddi məlumatlarım var“

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun köməkçisi Nərmin Rəhimli vəzifəsindən azad edilib.

Bu barədə Pravda.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev məlumat verib.

H.Hacıyev qeyd edib ki, nazirlə bağlı ciddi məlumatlara malikdir.

“Açıqlamaq istəmirəm. O nazirin kənd təsərrüfatından anlayışı yoxdur. Biz millət, dövlət, xalq üçün canımızdan keçən insanlarıq. Hər halda mən öz öhdəmə düşəni etdim, işimi gördüm, millətim, dövlətim üçün sözümü dedim. Haqq-ədalət nədirsə, o da olacaq. Bundan sonra söz səlahiyyətli orqanlarındır. Bilirsiniz ki, qohumum korrpusiya faktının üstünü açdı. Onun üzə çıxardığı faktlara görə Baytarlıq İdarəsinin rəisini, həm də beş baytar həkimi işdən çıxardılar, amma eyni zamanda qohumumun da əmək müqaviləsinə xitam verdilər. İşinə geri qaytarmaq fikirləri də yoxdur. Bunlar düz danışanı sevmirlər. Gərək axşama kimi bunlara “ləbbeyk” deyən ola… İdarəçilikləri budur”, – H.Hacıyev bildirib.

Qeyd: Hafiz Hacıyevin Reaksiya TV-nin efirində kənd təsərrüfatı naziri Məcnun Məmmədovun ünvanına səsləndirdiyi iddialar barədə nazirliyə sorğu ünvanlasa da, 2 həftədən çox vaxt keçməsinə baxmayaraq, qurumdan heç bir mövqe bildirilməyib.

Bənzər yazılar

Back to top button