Dünya

Parisdə 18 mərtəbəli bina yandı: 4 ölü, 9 yaralı

Fransanın paytaxtı Parisdə 18 mərtəbəli bina alışıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 9-u isə yaralanıb.

Yanğın binanın 17-ci mərtəbəsində başlayıb və sürətlə bütün mərtəbələrə yayılıb. Hadisə yerinə təxminən 100-ə yaxın yanğınsöndürən maşın cəlb olunub və alov 3 saat sonra söndürülüb.

Evlərini tərk edə bilən vətəndaşlar gecəni yaxınlıqdakı idman meydançasında keçirmək məcburiyyətində qalıblar.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Bənzər yazılar

Back to top button