Dünya

Türkiyənin İraqda zərərsizləşdirdiyi PKK terrorçularının sayı 46-ya çatdı

Türkiyənin silahlı qüvvələri İraqın şimalındakı “Pençe-Yıldırım” əməliyyatı çərçivəsində PKK-nın iki terrorçusunu zərərsizləşdirib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin xəbərində deyilir.

“Regionda aşkar edilmiş PKK-nın iki terrorçusu ATAK helikopteri vasitəsilə zərərsizləşdirilib. Beləliklə, əməliyyatın gedişatında zərərsizləşdirilən terrorçuların sayı 46 nəfərə çatıb”, – xəbərdə deyilir.

Türkiyə silahlı qüvvələrinin İraqın şimalında “Pençe-Şimşek” və “Pençe-Yıldırım” əməliyyatları aprelin 23-də başlayıb.

Bənzər yazılar

Back to top button