Dünya

Baydendən gözlənilməz qərar: BMT-nin əsas iqlim sammitindən imtina etdi

ABŞ prezidenti Co Bayden gözlənilmədən noyabrın 30-da Dubayda başlayacaq BMT-nin əsas COP28 iqlim sammitində iştirakdan imtina edib.

Qaynarinfo bu barədə “The New York Times”a istinadən xəbər verir.

Sammitdə Kral III Çarlz, Papa Fransisk və 200-ə yaxın ölkədən liderlərin iştirakı gözlənilir.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Ağ Evin yüksək rütbəli köməkçiləri, İsrail və HƏMAS arasındakı müharibənin son həftələrdə “prezidenti tükətdiyini” bildirirlər. Belə ki, ABŞ prezidenti döyüşləri dayandırmağa və HƏMAS tərəfindən saxlanılan girovları azad etməyə çalışıb.

“Onların Yaxın Şərqdə müharibəsi var, Ukraynada müharibə var, bir çox hadisələr baş verir”, deyə Baydenin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Con Kerri keçən həftə bildirib.

Əvəzində Kerri və komandası Dubayda olacaq.

Vitse-prezident Kamala Harrisin sözçüsü Kirsten Allen keçən həftə onun COP28-də iştirak etmək planının olmadığını söyləyib.

Qlobal istiləşmənin həlli daha əvvəl iqlim dəyişikliyini “bəşəriyyət üçün əsas təhlükə” adlandıran Bayden üçün əsas daxili və beynəlxalq problemdir. Son iki il ərzində Bayden müxtəlif yerlərdə BMT-nin illik iqlim konfransında iştirak edib. 2021-ci ildə o, Qlazqo sammitinə şəxsən qatılıb və orada, Bayden keçmiş prezident Donald Tramp dövründə qlobal iqlim paktından qısa müddətə çıxmasına görə üzr istəyib.

Keçən il baş tutan sammitdə Bayden Misirə üç saatlıq gəlib və orada iqlim dəyişikliyi ilə qlobal mübarizədə ABŞ-ın liderliyini bir daha təsdiqləyib.

Bənzər yazılar

Back to top button