İdman

Qurban Qurbanova həsr olunmuş filmin təqdimat mərasimi keçirilib

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova həsr olunan “Stadionlar səssiz olanda” filminin təqdimat mərasimi keçirilib.

Fanat.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə istehsal olunan idman dramı mütəxəssisin futbolçu və məşqçi karyerasından bəhs edir.

Burada Qurbanovun ötən əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyəti əksini tapıb. Filmin premyerasını izləyənlər arasında gənclər və idman naziri Fərid Qayıbov, federasiyaların rəhbərliyi, klubların rəsmiləri, idmançılar, idman ictimaiyyəti və media nümayəndələri, filmin yaradıcı heyəti olub.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Baş məşqçi filmdə əməyi olanlara təşəkkür edib: “Filmin çəkilişlərində bir dəfə görüşümüz oldu. Getmirdim, belə bir şeyin olmasını istəmirdim. Yekunda belə gözəl bir mənzərə yarandı. Mən futbola, idmana çox bağlıyam. Filmdə çoxlarına bəlli olmayan məqamlar ola bilər. Bu film məni illər əvvələ apardı. Keçmişimə qayıtdım. Mənə daha çox qardaşım Musa ilə bağlı epizod maraqlı oldu. Yaxşı məşqçi olmaq üçün yaxşı komandaya malik olmalısan. Bu mənada bəlkə də mənim bəxtim çox gətirib. Yaxşı işçilər, köməkçilər, rəhbərlik, futbolçularla çalışıram”.

Qurbanov bu filmin onun üçün dəyərli olduğunu qeyd edib: “Bu, mənim üçün ikincidir. 50 illiyimdə cənab prezident məni Şöhrət ordeni ilə təltif etdi. Fərid Qayıbov idman və gənclər naziri olduqdan bu sahəyə diqqət daha da artıb. İdmançı, həkim olmaq mümkündür. Daha güclü olmaq üçün vətənpərvərlik lazımdır. İnanıram ki, yaralı yerimiz olan futbolumuzda da böyük nailiyyətlər, uğurlar olacaq. Həmişə ailəmi, dostlarımı, yaxınlarımı sevmişəm, amma inanın ki, Vətənimi daha çox sevmişəm. Tarixi torpaqlarımız artıq bizdədir. Hamı başıdik gəzir, bu bizim üçün daha önəmlidir”.

Qeyd edək ki, filmin sentyabrda başlayan çəkilişləri Bakı və Zaqatala ərazisində aparılıb. “Stadionlar səssiz olanda” filmi noyabrın 30-dan bütün kinoteatrlarda nümayiş olunacaq.

Bənzər yazılar

Back to top button