İdman

“Borussiya” hələ “San Siro”nun necə yer olduğunu bilmir” – “Milan”ın baş məşqçisi

“Milan”ın baş məşqçisi Stefano Pioli Çempionlar Liqasının qrup mərhələsinin V turunun ən vacib oyununda doğma azarkeşlərin köməyinə ümid edir.

Fanat.az xəbər verir ki, İtaliyanın “ITASportPress” agentliyi Piolinin “Borussiya Dortmund”la oyun öncəsi dediklərini belə çatdırıb:

“Rəqibin müdafiədən oynayacağına hazırlaşırıq. Lakin onlar hələ Çempionlar Liqası matçında “San Siro”nun necə yer olduğunu bilmirlər. Azarkeşlər bizə fantastik zirvələri fəth etməyimizə kömək edəcəklər”.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

“Milan” – “Borussiya Dortmund” matçı bu gecə saat 00:00-da başlayacaq. Məğlubiyyət və ya heç-heçə “Milan”ın vəziyyətini xeyli pisləşdirəcək.

Bənzər yazılar

Back to top button