İdman

“Hədəfimiz “Mançester Siti”yə qarşı həminki kimi oynamaqdır”- Marko Roze

“RB Leyptsiq”in baş məşqçisi Marko Roze Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda bu gün “Mançester Siti”yə qarşı keçirəcəkləri səfər qarşılaşmasından danışıb.

Fanat.az xəbər verir ki, o, fikirlərini Bundesliqa təmsilçisinin rəsmi saytına bölüşüb:

“Bu, Çempionlar Liqasıdır. “Mançester Siti” ilə oyun bizim üçün olduqca vacibdir. Şənbə günü Volfsburqda yaxşı nəticə qazanmasaq da, orada yaxşı oynadığımızı düşünürük. Amma yaxşı nəticə üçün nəsə çatmadı. Hədəfimiz “Mançester Siti”yə qarşı həminki kimi oynamaqdır. Volfsburqda çox yüksək səviyyəli çıxışla yadda qalmışdıq”.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

5 oyuna 9 xal toplayan “RB Leyptsiq” ÇL-in G qrupunda 2-ci pillədədir. Lider “Mançester Siti”nin isə 12 xalı var. “Srvena Zvezda” və “Yanq Boyz” isə hərəyə 1 xal qazana biliblər.

Bənzər yazılar

Back to top button