İdman

“Yuventus” Rolandonu satdı: pulunu 4 ilə ödəyəcəklər

“Yuventus” gənc futbolçusu Rolando Mandraqoranı satıb.

Fanat.Az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi “Udineze”yə 20 milyon avroya transfer olunub.

“Udineze” bu məbləği 4 il ərzində ödəyəcək. Müqavilə şərtlərinə əsasən, “Yuventus” istəsə, 2019/20 mövsümünün sonunda Rolandonu 26 milyon avro ödəyərək geri qaytara biləcək.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

“Udineze” bu futbolçunu “Yuventus”dan başqa bir kluba 20 milyon avrodan aşağı qiymətə satsa, Turin təmsilçisinə 200 min avro ödəməlidi. Transferin dəyəri 20 milyon avrodan artıq olsa, “Yuventus” bundan 40 faiz pay alacaq.

Qeyd edək ki, “Yuventus” Rolandonu 2016-cı ilin yanvarında “Cenoa”dan 8 milyon avroya alıb. Turin klubu onu 2016-cı ilin iyununadək “Peskara”ya, 2017-/18 mövsümündə “Kronote”yə icarəyə verib. 21 yaşlı futbolçu ötən mövsüm keçirdiyi 37 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button