İdman

“Real” PSJ-nin ulduzunu transfer edir

Kriştiano Ronaldonu “Yuventus”a satan “Real”la bağlı transfer xəbərlərinin sayı gündən-günə artır.

Fanat.Az xəbər verir ki, “AS” qəzeti “Kral Klubu”nun PSJ-dən Edinson Kavanini transfer etmək istədiyi bildirilir.

Uruqvaylı ulduzun özünün də “Real”da çıxış etməyi arzuladığı və 2-3 illik müqavilə istədiyi bildirilir. Neymarla münasibətləri yaxşı olmayan Kavani bu səbəbdən Paris klubunu tərk etmək istəyir.

Qeyd edək ki, Kavani 2013-cü ildə “Napoli”dən 64,5 milyon avroya alıb. Hazırda “Transfermarkt” ona 60 milyon aro qiymət qoyub. 31 yaşlı forvard ötən mövsüm keçirdiyi 48 oyunda 40 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button