Mədəniyyət

Tənqidçilər film müsabiqəsinin qeyri-şəffaf keçirildiyini deyirlər

“Mədəniyyət Nazirliyinə halaldır, adam yüz il yatsa, yuxusuna girməz ki…”

Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) film layihələri müsabiqəsinin nəticələri narazılıq yaradıb.

Kino tənqidçiləri müabiqənin seçim turlarının qeyri-şəffaf aparıldığı qənaətindədirlər.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi
Aygün Aslanlı

Kinoşünas Aygün Aslanlı Meydan TV-yə deyir ki, Mədəniyyət Nazirliyinin yenicə təsis etdiyi Ekspert Şurası müsabiqənin jüri üzvlərinin pitçinqdə təsdiqlədiyi iki layihəni xaric ediblər: “Pitçinqdən sonra Ekspert Şurası ilə görüşüblər. Ekspert Şurası pitçinqdən keçən 11 layihənin ikisi ilə razılaşmayıb. “Oksimedia”nın “Qorqud və Zəhra”sı ilə “Mozg Media”nın “Sözün varsa, de” layihələrini çıxarıblar. Yerinə “Baku Media Mərkəzi”nin 1.2 milyonluq “Borc”unu və 600 min manatlıq “Arılar və qəbirlər”ini seçiblər”.

“Noyabrın 27-də qaliblər siyahısına jürinin iradəsi xaricində iki “leviy” (kənar-red.) layihə daxil ediblər. Mədəniyyət Nazirliyinə halaldır. Heç adam yüz il yatsa, yuxusuna belə bir şey girməz, amma onlar necəsə “Ekspert şurası” adı altında seçim siyahısına “leviy” layihə salmağı bacarıblar. Azərbaycan kinosu müasir paradiqmalara müasir üsullarla “leviy” layihə daxil etmək yolları taparaq qoşulur. Eşq olsun. Ümumi büdcənin – 5.5 milyonunu – təqribi 33%-ni (1.8 milyonunu) məhz belə veriblər. Min bərəkət”, – deyə Aygün Aslanlı bildirib.

ARKA-nın iyulda elan etdiyi müsabiqənin ikinci mərhələsində bu layihələr keçmişdi:

“Art Baku Production” – “Daş”
“Azərnyumedia” – “Günəşdə də ləkələr olur”
“Bakı Media Mərkəzi” – “Borc”
“Bizim Kino” – “Görmə qüsuru”
“Dream Big Company” – “Sehirli papaq”
“ExTerra Production” – “Kuryer”
“FS Film Company” – “Bir gecənin içində”
“Karvan Production” – “Qurtuluş”
“Karvan Production” – “Göytəpə əməliyyat”
“Karvan Production” – “Ağalı”
“Mozg Media Group” – “Sözün varsa, de!”
“OksiMedia” – “Qorqud və Zəhra”
“Rakurs Film-Media” – “Mənə bənzər adam görməmisiniz ki?”
“Rental Azərbaycan” – “Erkən hisslər”
“Rog Vfx Studio” – “Proyekt 2602”
“SFN Production” – “Arılar və Qəbirlər”
“Shahdag Cinema Production” – “113 gün”
“Shahdag Cinema Production” – “Nağıl kimi”
“SS Production” – “Acı hiss”
“SSP Production” – “Terminal 2020”
“Ultra Production” – “Xəzinə”

Pitçinq mərhələsində iştirak edəcək qısa və tammetrajlı sənədli film layihələri:

“Bakı Media Mərkəzi” – “Ölüm axtaran qadın”;
“İctimai Televiziya və Radio Yayımları Şirkəti” – “Əsrin müqaviləsi”;
“OD Media-Production – “Kür – çaylar anası”;
“Karvan Production” – “Nargin”
“Nova Gorica” – “Sofiyadakı azərbaycanlı aydınlar”;
“Vətən TV Media” – “Müharibənin gözləri”;
“Rental Azərbaycan” – “Kapitan və Xəzər dənizi”.

Pitçinq mərhələsində iştirak edəcək qısametrajlı animasiya film layihələri:

“3Dost Production” – “44 gün”
“Peri Film” – “Narqız”.

Müsabiqənin növbəti – layihələrin müdafiəsi (pitçinq) mərhələsi isə noyabrın 23-24-də olmuşdu.

Lakin hansı layihələrin seçilməsi barədə məlumat verilmədi.

Nazirlik ümumi siyahı əks olunan məlumatı yayımlamaqla kifayətləndi.

Layihələrin müdafiəsində müşahidəçi qismində iştirak edən kino tənqidçisi Hacı Səfərov da baş verən qeyri-şəffaf hallarla əlaqədar münasibət bildirmişdi.()

Demişdi ki, “Baku Media Mərkəzi”nin “Borc” layihəsinin ssenarisi jüriyə elə pitçinq günü təqdim edilib.

“Ssenari olmadan bu layihəni pitçinqə necə və niyə buraxdıqları qaranlıq məqamdır. Əgər ssenarisiz pitçinqə keçmək mümkündürsə, onda ARKA tərəfindən niyə belə bir şərt qoyulub? Elə hər kəs qısa bir sinopsislə müraciət etsin, pitçinqə seçilərsə, ssenari təqdim etsinlər. Bəlkə də buna əsas səbəb, filmin rejissoru Orman Əliyevin (“Baku Media Mərkəzi”nin icraçı direktoru-red) həm də təzəlikcə yaradılan “Ekspert Şurası”nda da yer almasıdır”, – kino tənqidçi demişdi.

Mədəniyyət Nazirliyin saytında yerləşdirilən məlumatda qeyd olunur ki, yeni yaranmış Ekspert Şurasının üzvləri “Arılar və qəbirlər” (“SFN Production” MMC) və “Borc” (“Bakı Media Mərkəzi” MMC) tammetrajlı bədii film layihələri müzakirəyə çıxarıblar.

Nəticədə “Qorqud və Zəhra” (“OksiMedia” MMC) və “Sözün varsa, de!” (“Mozg Media Group” MMC) tammetrajlı bədii film layihələri müsabiqədən kənarlaşdırılıb.

Hansı səbəbə görə jüri tərəfindən seçilən layihələrin kənarlaşdırılması barədə məlumat verilməyib.

“Xəzinə” (“Ultra Production” MMC), “Günəşdə də ləkələr olur” (“AzərNyuMedia” MMC), “Borc” (“Bakı Media Mərkəzi” MMC), “Arılar və qəbirlər” (“SFN Production” MMC) tammetrajlı bədii, “Nargin” (“Karvan Production” MMC), “Ölüm axtaran qadın” (“Bakı Media Mərkəzi” MMC), “Kür – çaylar anası” (“OD-MEDİA Production” MMC) tammetrajlı sənədli, “Daş” (“ART Baku Production” MMC), “Erkən hisslər” (“Rental Azərbaycan” MMC) qısametrajlı bədii, “Kapitan və Xəzər dənizi” (“Rental Azərbaycan” MMC) qısametrajlı sənədli, “Narqız” (“Peri Film” MMC) qısametrajlı animasiya film layihələrinin və 16 qısametrajlı bədii və sənədli tələbə film layihəsinin istehsalına dəstək göstərilməsinə qərar verilib.

Müsabiqənin ümumi fondu 5,5 milyon manatdır.

Bənzər yazılar

Back to top button