Dünya

SBU Rusiyanın şərq dərinliyinə sızdı: BAM-ın ən uzun tunelində təxribat

Dünən Baykal-Amur magistralının Severomuyski tunelindən keçən qatarların hərəkətində dayanma Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) əməkdaşlarının təxribatı nəticəsində baş verib.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN telekanalı SBU-dakı mənbələrə istinadən məlumat yayıb.

CNN mənbəsi tuneldəki yanğını “SBU əməliyyatı” adlandırıb. Onun sözlərinə görə, SBU əməkdaşları qatar hərəkət edərkən dörd partlayıcı qurğunu işə salıblar. Rəsmi olaraq SBU nümayəndələri insidentlə bağlı şərh verməyiblər. Təxribat üçün tunelin seçilməsinin səbəbini izah edən mənbə bu marşrutu “Rusiya ilə Çin arasında yeganə əsas dəmir yolu əlaqəsi” adlandırıb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Xatırladaq ki, noyabrın 29-da Buryatiyada Baykal-Amur magistral xəttinin 15 kilometrlik Severomuyski tuneli yanacaq çəninin yanğını səbəbindən bağlanıb. Şərqi Sibir Nəqliyyat Prokurorluğu bildirib ki, yük qatarının vaqonu yanıb. Xəsarət alanlar barədə məlumat verilməyib.

Rusiya Dəmir Yolları yanğının səbəbini açıqlamayıb. “RBC-Ukrayna”, “Ukrayinska Pravda”, “Hromadske”, “Suspilne” və “Babel” də daxil olmaqla Ukrayna KİV-ləri mənbələrə istinadən bunun SBU-nun təxribatı olduğunu bildirib.

“Baza” “Telegram” kanalı əvvəlcə yanğının mümkün səbəblərindən birinin kabel şəbəkəsində qısaqapanma olduğunu bildirsə də, sonradan hadisəni iki yanacaq çəninin partlaması nəticəsində baş verdiyini bildirib. “Shot” “Telegram” kanalının məlumatına görə, hüquq-mühafizə orqanları yanğına səbəb kimi təxribatı hesab ediblər.

Bənzər yazılar

Back to top button