İqtisadiyyat

Bakıda 85 yaşlı biznesmen xanıma bəarət verildi: 1 milyonluq borcu silindi…

Bakıda mənimsəmə və ya israf etmə maddəsi ilə ittiham edilən məşhur iş xanımı barəsində bəraət hökmü çıxarılıb.

Qaynarinfo-nun məlumatına görə, 1938-ci ildə Tovuz rayonu, Qoşabulaq kəndində doğulmuş, “Şah Market” Açıq Səhmdar Cəmiyyəti (ASC) İdarə Heyətinin sədri Hacıyeva Qənirə Ələkbər qızı 2015-2020-ci illər ərzində 715.862,48 manat vəsaiti vergidən yayındırdığına görə barəsində Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işi açılıb və 18 yanvar 2021-ci ildən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Səbail rayon Məhkəməsi bu günlərdə 85 yaşlı xanım iş adamı barəsində yekun qərar verib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qənirə Hacıyeva ifadəsində bildirib ki, rəhbərlik etdiyi bazar barəsində 763.834,77 manat məbləğində vergi hesablanıb. Özəl ekspertin verdiyi rəydə qeyd olunan kirayə haqqı həmin ərazidə mövcud olan faktiki kirayə haqqından xeyli artıq müəyyən edilib. Həmçinin obyektin zirzəmisindən mütamadi olaraq su çıxmasına görə kirayə haqqının daha aşağı olduğunu nəzərə alınmayıb. Vergilərin ödənilməsindən heç vaxt yayınmayıb, direktor olduğu ASC-nin vergiləri həmişə vaxtında ödənilib.

Məhkəmədə ASC-nin 2016-cı ildən 29,999% səhmlərinə sahiblik etmiş Kərimov Vəli Cəlil oğlu da iştirak edib. O, bildirib ki, ASC-nin 29,999% səhmlərinə sahib olsa da, indiyədək hansı divident ala bilməyib. Cəmiyyətə məxsus ünvanda yerləşən və 758 kv metr sahəsi olan ticarət obyektinin kirayə haqlarının bazar qiymətindən bir neçə dəfə aşağı qiymətə rəsmiləşdirildiyini və vergilərin az hesablandığını, habelə divident ödənilməməsi barədə dəfələrlə aidiyyəti orqanlara şikayət edib.

Yekun qərarı olaraq məhkəmənin hökmü ilə cinayət hadisəsi olmadığına görə Qənirə Hacıyevaya Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə bəraət verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib. Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Departamentinin mülki cavabdeh təqsirləndirilən şəxs qarşı 715862,48 manat məbləğində ziyanın (vergi məbləğinin) tutularaq dövlət büdcəsinə ödənilməsinə dair mülki iddiası rədd edilib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini, mərhum Faiq Məmmədovla Qənirə Hacıyeva arasında uzun illər sözügedən şirkətin səhimləri ilə bağlı məhkəmə çəkişməsi gedib. Faiq Məmmədov 2016-cı ildə “Şah Market”dəki 29,999 faiz payını Vəli Kərimova verib. Qənirə Hacıyeva isə KİV-də iddia edib ki, mərhum Faiq Məmmədov Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentinin sədri olduğu dövürdə səlahiyyətlərindən sui-istifadə edərək şirkətin səhimlərinin 29 faizini ələ keçirib.

Xatıradaq ki, hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin portalında “Şah Market” Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1 milyon 284 min 242 manat 26 qəpik vergi borcu göstərir.

Bənzər yazılar

Back to top button