Siyasət

Şeyx Bakı və Vaşinqton arasında vasitəçi rolunda?

ABŞ və Azərbaycan arasında münasibətlərin pisləşməsi fonunda Amerika Sterlinq Fondunun İdarə Heyətinin rəhbəri Mayls Hansen Bakıya gəlib.

Qəribədir ki, onu şeyx Allahşükür Paşazadə qəbul edib. Paşazadə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində Sterlinq Fondunun iştirakını yüksək qiymətləndirib.

Cavab sözündə Hansen səmimi qəbula görə təşəkkürünü bildirib və şeyxi “Azərbaycanla dini-mənəvi əlaqələri” olan icmanın yerləşdiyi Yuta ştatına səfər dəvət edib. Dini İcmasının Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin saytında bildirilib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Şeyxin ərazilərin minalardan təmizlənməsilə nə əlaqəsi olduğunu və Amerika Fondunun nümayəndəsinin bu məsələləri Paşazadə ilə niyə müzakirə etdiyini anlamaq çətindir.

Çox güman ki, Vaşinqtonun rəsmi Bakının nümayəndələrini qəbul etməkdən imtina etməsinə cavab olaraq Hanseni rəsmi səviyyədə qəbul etməkdən imtina ediblər.

Ümid edək ki, şeyx bu diplomatik missiyanın öhdəsindən gələcək və Bakı ilə Vaşinqton arasında əlaqələri yoluna qoya biləcək.(Turan)

Bənzər yazılar

Back to top button