GündəmManşetSiyasət

ABŞ Azərbaycanda jurnalistlərin həbsi dalğasından “dərin narahatlıq” hissi keçirir

Cümə günü Birləşmiş Ştatlar Azərbaycanda jurnalistlərin davam edən həbslərindən “dərin narahatlıq” hissi keçirdiyini bildirib. Son 10 gündə artıq müstəqil mətbuatdan beş jurnalist həbs edilib.

Cümə günü Bakıda məhkəmə Abzas Media-nın jurnalisti Nərgiz Absalamovanı özünün rədd etdiyi xarici valyuta qaçaqmalçılığı ittihamı ilə üç ay müddətinə həbs edib.

“Biz ilkin hesabatları gördük. Əvvəlki kimi, Azərbaycanda jurnalistlərin həbsindən dərin narahatlıq hissi keçiririk”, deyə Absalamova saxlanıldıqdan sonra Dövlət Departamentinin nümayəndəsi Turan-ın Vaşinqtondakı müxbirinə bildirib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

“Biz Azərbaycan hökumətini israrla insan hüquq və əsas azadlıqlarına, o cümlədən fikri ifadə etmək azadlığını həyata keçirənlərin hüquq və azadlıqlarına hörmət etməyə çağırırıq”, deyə o qeyd edib.

Absalamova Abzas Media-nın pul qaçaqmalçılığı ittihamı ilə həbs edilən dördüncü nümayəndəsidir.

Nəşrin baş redaktoru Sevinc Vaqifqızı, direktor Ülvi Həsənli və direktor müavini Məhəmməd Kekalov daha əvvəl eyni ittihamla həbs edilib.

Bundan başqa, Bakı məhkəməsi bu həftənin əvvəlində Kanal 13-ün direktoru Əziz Orucovu qanunsuz tikinti aparmaq ittihamı ilə həbs edib.(Turan)

Bənzər yazılar

Back to top button