Siyasət

ABŞ səfiri Mark Libbi bu gün Bakıya gəlir

ABŞ-ın Azərbaycanda yeni səfiri Mark Libbi bu gün axşam Bakıya gələcək, bu barədə Turan-a diplomatik mənbə bildirib. Səfirin gəlişi iki ölkə arasında münasibətlərin pisləşməsi ilə eyni vaxta təsadüf edib.

Noyabrın 15-də ABŞ Konqresində dinləmələrdə dövlət katibinin köməkçisi O’Brayen bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlanana qədər Vaşinqton Bakı ilə əlaqələri dayandırır. Buna cavab olaraq Bakı ABŞ-ı USAİD və digər donor təşkilatları vasitəsilə Azərbaycan əleyhinə fəaliyyət göstərməkdə ittiham edib.

İş o yerə çatıb ki, Bakı ABŞ səfirliyinin hər il keçirdiyi ənənəvi tədbiri – Amerika ali məktəblərinin azərbaycanlı məzunlarının görüşünü “Amerika casuslarının” təlim tədbiri adlandırıb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bənzər yazılar

Back to top button