İqtisadiyyat

Bakıda sahibkarlar “Gelandewagen” və “Maybach”a görə aldanırmışlar… – 270 milyon dollarlıq saxta iş

Bakıda özünü iş adamı kimi təqdim edib, müxtəlif sahibkarlardan tikinti materialları alaraq pullarını mənimsəyən şirkət rəhbərinə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 1968-ci il təvəllüdlü Göygöl rayon sakini, MMC rəhbəri Azər Abıyev (soyad şərti) Bakıda şirkət rəhbərləri və mağaza sahiblərinə Qarabağda, xüsusən Suqovuşanda müxtəlif tikinti işləri apardığına inandıraraq, onlara qarşı külli miqdarda dələduzluq edib.

2020-ci ilin müxtəlif dövrlərində şirkət sahiblərinin rəhbərlik etdiyi MMC-yə dövlət tərəfindən 270.000.000 manat pul ayrıldığına, onlardan tikinti materialları alaraq pulunu sonradan hesaba köçürəcəyinə inandırıb. Nəticədə kürdəmirli iş adamından 10.200 və 15.130 manatlıq setka və mismar, “Euro Home” tikinti materialları bazarında dam örtükləri və izolyasiya mallarının satışı mağazasının sahibindən 3.800 manatlıq mal, “Norm Sement” şirkətindən 60.092,28 manatlıq və 8.064 manatlıq sement, başqa bir şirkətdən 32.621,23 manatlıq izolyasiya materialları, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 69B ünvanında yerləşən 18 nömrəli dükandan 75 365,65.manatlıq lak-boya məhsulları, məişət və elektrik mallırı alıb. O, aldığı məhsulları Bərdədə götürdüyü anbara yerləşdirib və satışını həyata keçirib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Azər özünü ciddi iş adamı kimi göstərmək üçün “Rent a car”dan şirkətindən götürdüyü “Gelandewagen” və “Maybach” markalı maşınlarla sahibkarlara görüşə gedib. Sahibkarlar onun gəldiyi maşınların bahalı olduğunu görüb və ciddi iş adamı olduğuna inanıblar. Azər sahibkarlara MMC-sinin saxta rekvizitlərini göndərərək, onların inamını qazanıb.

Məhkəmənin qərarı ilə Azər Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib və 8 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Bənzər yazılar

Back to top button