Bizim seçimHadisə
“Azəravtoyol” 2 ildir xəstələrə zülm edir (FOTO)
![](https://aztoday.az/wp-content/uploads/2023/02/azc999ravtoyol-2-ildir-xc999stc999lc999rc999-zulm-edir-foto-2-714x470.jpg)
Bakının Mərkəzi Neftçilər Xəstəxanasının qarşısındakı yeraltı keçiddə eskolatorlar artıq 2 ilə yaxındır ki, işləmir.
Qaynarinfo xəbər verir ki, eskolatorla aşağı düşmək mümkün olsa da, qalxmaq üçün pilləkənlərdən istifadə etməlisən. Bu isə yaşlı insanların, xüsusən də müalicəyə gəlmiş xəstələrin gediş-gəlişində böyük çətinlik yaradır.
Onlar məsələ ilə əlaqədar müvafiq qurumlara məlumat versələr də, problem hələ də öz həllini tapmayıb.
Qeyd edək ki, eyni problemlə şəhərin digər yeraltı keçidlərində, o cümlədən Yusif Səfərov küçəsində və Heydər Əliyev Sarayının qarşısındakı keçidlərdə rastlaşmaq mümkündür.