Hadisə

Yeniyetməni döyən polis işdən çıxarıldı, iki nəfər həbs edildi

Qəbələ rayonu Vəndam qəsəbəsində polisin vətəndaşlara qarşı zorakılığını əks etdirən kadrlar yayılıb. Həmin polis barəsində xidməti yoxlama aparılaraq o daxili işlər orqanlarından xaric edilib.

Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

“Dekabrın 2-də Qəbələ rayonu Vəndam qəsəbəsində S.Ağayev sərxoş vəziyyətdə avtomobil idarə edərək ictimai yerdə təhlükəli vəziyyət yaradıb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

O saxlanılan zaman onunla birlikdə olan onun yaxın qohumları və yanlarında olan yetkinlik yaşına çatmayan şəxs polis əməkdaşlarına müqavimət göstərərək daşla xəsarət yetirməyə və xidməti avtomobilə zərər vurmağa cəhd ediblər.
Fakta görə cinayət işi qaldırılıb və iki nəfər həbs edilib.

Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılaraq o daxili işlər orqanlarından xaric edilib”, – məlumatda qeyd edilib.

Bənzər yazılar

Back to top button