İdman

Noyerlə müqaviləni uzadan “Bavariya” ona əvəzləyici də tapdı

“Bavariya” komandanın əsas qapıçısı Manuel Noyerlə müqaviləni 2025-ci ilin yayına qədər uzadıb.

Lakin buna baxmayaraq, Almaniya çempionları artıq 37 yaşlı veteranı uzunmüddətli perspektivdə necə əvəzləyəcəklərini düşünürlər.

Aut.az xəbər verir ki, Almaniya mətbuatının yazdığına görə, “Bavariya” üçün prioritet variant “Milan”ın və Fransa yığmasının qapıçısı Mayk Menyandır.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Menyanın “Milan”la müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. 28 yaşlı qolkiperin transfer dəyəri 45 milyon avro qiymətləndirilir. Bu mövsüm o, bütün yarışlarda 16 matçda 20 qol buraxıb.

Bənzər yazılar

Back to top button