Dünya

Millət vəkili: “40 ildən çoxdur ki, İranı 200 ailə əsir alıb”

“40 ildən çoxdur ki, İranı 200 ailə əsir alıb. Bu ailələr o nazirlikdən bu nazirliyə keçirlər”.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranı parlamentində çıxışı zamanı İzə şəhərinin deputatı Hidayətullah Xadimi deyib. O, ölkədə işsizlik, korrupsiya və sususzluq probleminin getdikcə dərinləşdiyini söyləyib.

“Hökumətdəki səriştəsizlik və zəiflik xalqın problemlərinin dərinləşməsinə səbəb olur. Fəqət bu vəziyyəti düzəltmək üçün nə bir qətiyyətlilik, nə də güc var”, – deyə o, bildirib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Xadimi korrupsiyaya bulaşan məmurların dərhal vəzifədən azad edilməsinin və tez bir zamanda cəzalandırılmalarının labüdlüyünü diqqətə çatdırıb.

Qeyd edək ki, dekabr ayında Məşəd şəhərin iqtisadi böhran səbəbindən başlayıb qısa zamanda digər şəhərlərə də yayılan və 25 nəfərin ölümünə səbəb olan aksiyalar hələ də davam etməkdədir. Bir neçə gün öncə isə paytaxt Tehranda ən önəmli ticarət mərkəzlərindən biri olan Tehran Böyük Bazarı iqtisadi vəziyyətin pis olmasını əsas göstərərk bağlandı və bu vəziyyət ölkədə yeni aksiyaların başlamasına səbəb oldu.

5 ay öncə İranda dolların məzənnəsi 4000 tümən idisə, hazırda 6500-ə qədər bahalaşıb. Hökumət 4200 tüməndə sabitlənmiş olan dolların yalnız banklar ilə razılaşması olan sahibkarlardan başqa digər şəxslərə satışını məhdudlaşdırıb. Bu tədbir dolların bahalaşmasının qarşısını ala bilməməklə yanaşı, iqtisadi böhranı daha da dərinləşdirib. İranın qara bazarında isə dolların dəyəri 10 min tüməni ötüb.

Xatırladaq ki, müxalif siyasətçi və ölkənin keçmiş prezidenti Mahmud Əhmədi Nejad ötən aylarda İran Parlamentinin sədri Əli Ləricani və məhkəmə sədri olan qardaşı Sadiq Ləricanini sərt şəkildə tənqid edərək, ölkədəki ağır vəziyyətin səbəbkarı kimi onların tutduqları vəzifələrdən uzaqlaşdırılmalarını istəmişdi.

Bənzər yazılar

Back to top button