Bizim seçimGündəmHadisəManşet

Əli Həsənova daha bir ağır zərbə

Baş nazirin müavininə məxsus milyonluq villa Yunanıstanda od tutub yanıb

Baş nazirin müavini Əli Həsənovun başı üzərində dolaşan qara buludlar səngimir. Ötən il nəvəsi Nail Allahverdiyevin “Mercedes-Gelandewagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə əlaqədar ölkə gündəminə gələn Əli Həsənov sonunda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə əlvida deməli oldu. Bunun ardıca isə bir neçə gün əvvəl Yunanıstanın paytaxtı Afina ətrafında başlayan yanğın səbəbindən Baş nazirin müavini Əli Həsənova məxsus, qiyməti bir neçə milyon avroya dəyərləndirilən villası od tutub yanıb.

VIPnewsaz.com xəbər verir ki, bu barədə Yunanıstanın yerli nəşri “slpress.gr” məlumat yayıb.

Məlumatlarda bildirilir ki, yanğın baş verən ərazilərdə dünyanın bir çox milyonçularına məxsus vilallar od tutub yanıb. Maraqlısı isə odur ki, Azərbaycanın Baş nazirinin müavini olan Əli Həsənov adlı və soyadlı yüksək vəzifəli məmura məxsus paytaxt Afinanın 40 kilometrliyində yerləşən, turistlər arasında populyar kurort ərazisi kimi tanınan Mati qəsəbəsindəki dəyəri milyon avrodan çox qiymətləndirilən villasının yandığı da qeyd edilir. Nəşrin məlumatına görə, ərazidə yerləşən vilların əksəriyyəti sığortalanıb. Villa sahiblərinin əksəriyyəti isə artıq ölkənin sığorta sirkətlərindən pullarını tələb etməyə başlayıblar. Bu isə maliyyə baxımından Yunanıstanın hazırki ağır durumda olmasını bir az da ağırlaşdıra bilər deyə nəşr qeyd edir.

Bənzər yazılar

Back to top button