İdman

“Real Madrid” Mbappeyə bu tarixdə rəsmən təklif göndərəcək – SON DURUM

“Real Madrid” fransalı ulduz hücumçu Kilian Mbappeyə təklifini yanvarın 1-də açıqlayacaq.

Fanat.az xəbər verir ki, informasiyanı “Diario AS” yayıb.

Mənbənin məlumatına görə, İspaniya nəhəngi cavab üçün qarşı tərəfə 15 gün vaxt verəcək

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Xatırladaq ki, Mbappenin PSJ ilə müqaviləsinin müddəti iyunda başa çatacağından, o, yanvar ayının ilk günündən etibarən, digər klublarla danışıqlar aparmaqda sərbəst olacaq. Hazırda “kral klubu” üçün prioritet məsələ Kilianın azad agent kimi transferidir.

Mbappenin transferi uğursuz olarsa, “Real” diqqətini “Mançester Siti”li Erlinq Holanda yönəldəcək. Norveçlinin müqaviləsindəki bəndə əsasən, onun yayda xarici klublar üçün sərbəstqalma imkanı olacaq. Müqavilənin məbləği isə 100 milyon avronu keçəcək.

Bənzər yazılar

Back to top button