İdman

Almaniya nəhəngi kanadalı ilə razılaşa bilmədi – “Real”a keçəcək?

“Bayern Münhen” müdafiəçisi Alfonso Devislə yeni müqavilə ilə bağlı razılığa gələ bilməyib.

Fanat.az xəbər verir ki, bu barədə tanınmış insayder Kristian Falk sosial şəbəkə hesabında paylaşım edərək məlumat yayıb.

Mənbənin məlumatına görə, kanadalı Almaniya nəhənginin maaş təklifindən razı deyil.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Halbuki, “Bayern”in keçmiş idman direktoru Hasan Salihamidziç Devislə illik 12 milyon avro maaşla yeni müqaviləni razılaşdırmağa yaxın olub. Lakin Salihamidziçin istefasından sonra, Devislə danışıqlar altı ay ərzində dondurulub. Hazırda tərəflər kompromisdən uzaqdırlar.

Xatırladaq ki, Devisin “Bayern” ilə müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq. “Real Madrid”in müdafiəçi ilə ciddi maraqlandığı bildirilir.

Bənzər yazılar

Back to top button