Siyasət

Ermənistanda Azərbaycan hərbiçisinin cəzası ömürlük həbslə əvəz olunub

Ermənistanda Apellyasiya Məhkəməsi azərbaycanlı hərbiçi Hüseyn Axundovun cəzasını ağırlaşdıraraq, 20 il azadlıqdan məhrumetmə cəzasını ömürlük həbslə əvəz edib. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Bu ilin aprelində Naxçıvan Muxtar Respublikasında xidmət edən əsgərlər Hüseyn Axundov və Aqşin Bəbirov azaraq Ermənistan ərazisinə keçiblər.

Onlar orada saxlanılıblar və onlara qarşı cinayət ittihamı irəli sürülüb. Axundov “sərhədi qanunsuz keçmə” və Qafanda yerləşən müəssisənin “keşikçisini öldürmə” işi üzrə 20 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bəbirov sərhədi qanunsuz keçmək ittihamı ilə 11,5 il müddətinə azadlıqdan məhrum edilib. (Turan)

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bənzər yazılar

Back to top button