İdman

Qvardiola rəqibin baş məşqçisinə tərif yağdırdı: “Onunla qürur duyuram”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 15-ci turu çərçivəsində bu gün baş tutacaq matçdan – “Aston Villa” ilə görüşdən öncə rəqib komandanın çalışdırıcısı Unai Emeridən danışıb.

Fanat.az xəbər verir ki, Qvardiolanın dediklərini “şəhərlilər”in rəsmi saytı belə çatdırıb:

“Fakt budur ki, Emeri işlədiyi bütün komandalarda iz qoyur. Onun rəhbərlik etdiyi komandalar bütün aspektlərdə daha yaxşı olur. Oyunçular “artırır”, nəticələr yaxşılaşır, yüksək pressinq, standart vəziyyətlərdən istifadə bacarığı yüksəlir. Emeri ilə qürur duyuram.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

“Aston Villa”ya qarşı oynamaq həmişə çətindir. Bu mövsüm çox yaxşı formadadırlar. Xüsusilə evdə daha təhlükəlidirlər. Amma bu o demək deyil ki, səfərdə zəif təsir bağışlayırlar. Bizi çox çətin oyun gözləyir. Bunu əvvəl də bilirdik, indi də”.

Bənzər yazılar

Back to top button