Hadisə

Seymur Qaraşov və Zaur Zeynalov general rütbəsi ala bilər – 8 gün qaldı

Cari ilin 16 dekabr tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü qeyd ediləcək.

Qaynarinfo-nun məlumatına görə, hər il olduğu kimi bu ildə FHN işçilərinin peşə bayramı münasibəti ilə nazirlik və onun strukturunda çalışan işçilərə ali rütbələr, orden və medallar, fəxri adlarla təltif ediləcəyi gözlənilir.

FHN-də Daxili təhlükəsizlik Baş idarəsinin rəisi, polkovnik Seymur Qaraşovun və Maliyyə-iqtisadiyyat Baş idarəsinin rəisi, polkovnik Zaur Zeynalovun general-mayor rütbəsi alacağı gözlənilir.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Hər iki idarə rəisinin yüksək rütbə alması ilə bağlı təqdimat verildiyi deyilir.

Qeyd edək ki, Seymur Qaraşaov Lənkəran İcra başçısı Taleh Qaraşovun oğludur. O, uzun illər Dövlət Gömrük Komitəsində, daha sonra Fövqəladə Hallar Nazirliyində müxtəlif yüksək vəzifələrdə çalışıb.

Zaur Zeynalov da gömrükdə və FHN-də müxtəlif vəzifələr tutub. Onun FHN-də yüksək vəzifəli şəxsin qohumu olduğu deyilir.

Bənzər yazılar

Back to top button