İdman

Messi: “Barselona”ya qayıtmağa çalışdım, olmadı”

“İnter Mayami”nin argentinalı ulduzu Lionel Messi ötən yayda karyerasını davam etdirmək variantlarından danışıb.

Fanat.az xəbər verir ki, hücumçu TİME jurnalına müsahibəsində bu barədə belə deyib.

“Xoşbəxtlikdən mənim bir neçə maraqlı variantım var idi və mən onları götür-qoy etməli oldum. Mayamiyə gəlmək üçün son qərarı verməzdən əvvəl ailəmlə birlikdə xeyli ölçüb-biçdik.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

İlk variant “Barselona”ya qayıtmaq idi, lakin bu, mümkünsüz oldu. Geri qayıtmağa çalışdım, olmadı.

Etiraf edirəm ki, sonradan yaxşı tanıdığım və yaxın gələcəkdə güclü çempionata çevrilə biləcək Səudiyyə Ərəbistanı liqasına keçmək barədə çox düşündüm. Səudiyyə Ərəbistanının turizm səfiri kimi bu məkan mənə cəlbedici idi, xüsusən də getdiyim yerləri bəyəndiyim üçün. Həm də ölkədə futbolun inkişaf yoluna və yüksək rəqabət yaratmaq üçün göstərdikləri səylərə görə maraqlı layihə idi. Amma sonda belə alındı ki, “İnter Mayami”yə gəldim”.

Qeyd edək ki, Lionel Messi TIME jurnalı tərəfindən 2023-cü ilin ən yaxşı idmançısı seçilib .

Bənzər yazılar

Back to top button