Dünya

64 il əvvəl itkin düşən xizəkçinin kim olduğu müəyyənləşdirildi

İtaliyanın Aosta ərazisində 1954-cü ildə itkin düşən və 2005-ci ildə tapılan xizəkçinin şəxsiyyəti müəyyənləşdirilib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Alp dağlarında 3000 metr yüksəklikdə tapılan meyitin kimə məxsus olduğunu tapmaqda çətinlik çəkən tədqiqatçılar sosial şəbəkənin köməyindən istifadə ediblər. 1,75 m boya sahib həmin şəxs dünyasını dəyişən zaman 30 yaş ətrafında olub. Məlumatlarla birlikdə aşkar olunan əşyaların da fotosu paylaşılıb. Bədənin 1954-cü ildə itkin düşmüş Henri Le Masneyə aid olduğu müəyyənləşib. Xəbəri görən Henrinin kiçik qardaşı 94 yaşlı Rocer ona aid eynəyi tanıyıb və ailə üzvünü təsvir edən email yazıb:
“Mən 64 il əvvəl itkin düşən xizəkçi Henri Le Masnenin qardaşıyam. O, subay və müstəqil biri idi. Parisdə maliyyə nazirliyində çalışırdı”.

DNT analizi informasiyanı təsdiq edib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bənzər yazılar

Back to top button