Siyasət

“Azərbaycan Moskvada görüşə razılıq verdi, Ermənistan isə yox”

“Bakı bizə hər zaman danışıqlara hazır olduğunu təsdiqlədi. Təəssüf ki, erməni tərəfdaşlarımız haqqında eyni şeyi deyə bilmərik”.

Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə İrəvanla Bakı arasında sülh müqaviləsindən danışarkən deyib.

O bildirib ki, sülh sazişi ilə bağlı Rusiya Ermənistan və Azərbaycana Moskvada və üçüncü ölkələrdə keçirilən çoxtərəfli tədbirlər çərçivəsində görüş üçün dəvət göndərib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

“Bakı bizə hər zaman danışıqlara hazır olduğunu təsdiqlədi. Təəssüf ki, biz erməni tərəfdaşlarımız haqqında bunu deyə bilmərik. Ola bilsin ki, onlar Vaşinqtondan, Brüsseldən və Parisdən yeni “məsləhətçilərinin” daha maraqlı, daha yaxşı, daha effektiv bir şey təklif edəcəklərinə inanırlar. Bilmirəm, məncə həmişə əvvəlki təcrübəyə, qonşuların təcrübəsinə baxmaq lazımdır. Bu, həmişə faydalıdır. Aİ-nin Praqa və Brüsseldəki görüşlərinin nəyə gətirib çıxardığını hamımız gördük. Bəlkə də erməni xalqı hər şeyi bilmir. Çünki onlar hər şeydən xəbərsizdirlər”.
Zaxarova erməni xalqına xəbərdarlıq edib ki, onun ən yaxın “dostlarının” (Qərb ölkələrinin – red.) Ermənistana verdiyi məsləhətlər növbəti sürprizə gətirib çıxaracaq:

“Bir daha qeyd etmək istəyirəm ki, Praqa və Brüsseldə də məhz belə olub. Məhz qərblilərin məsləhəti ilə müvafiq sənədlərdə Qarabağ ermənilərinin hüquqları və təhlükəsizlikləri ilə bağlı bir kəlmə də qeyd olunmayıb. İndi qərbli “məsləhətçilərə” inanmaq istəyənlər görəsən, bu haqda düşünürmü? Qərblilər daha nə qədər və harada özlərini sübut etməlidirlər ki, onlar heç vaxt başqa ölkələrin xalqlarının maraqlarından çıxış etməyəcəkləri aydın olsun”, – Zaxarova yekunlaşdırıb.

Bənzər yazılar

Back to top button