Dünya

ABŞ hərbi cinayətlərlə bağlı rusiyalılara ilk ittihamları irəli sürüb

Bazar ertəsi ABŞ bildirib ki, prokurorluq dörd rusiyalıya Ukraynaya hücum zamanı amerikalıya işgəncə vermək ittihamı irəli sürüb, Turan-ın Vaşinqton müxbiri bildirib.

Bu, ABŞ-ın 1996-cı il hərbi cinayətlər haqqında qanun tətbiq etməsindən sonra ilk hadisədir.

Belə ki, ABŞ Ədliyyə Nazirliyi Rusiya hərbi hissəsinin komandiri, 45 yaşlı Suren Seyranoviç Mkrtçyanı, habelə digər zabit və iki rusiyalı əsgəri Xersonda amerikalnı vəhşicəsinə döyməkdə və öldürməklə hədələməkdə günahlandırıb.

Bu, ABŞ Ədliyyə Nazirliyinin 1996-cı il qanunundan (müharibə zamanı işgəncə və ya qeyri-insani rəftarın cinayət kimi tövsif edilməsi) istifadə edərək rusiyalıları vəhşilikdə günahlandırması ilə bağlı ilk haldır, baş prokuror Merrik Qarland jurnalistlərə bildirib.

Bu, Vaşinqton üçün presedent yaradır, o, müharibə davam etdikcə hərbi cinayətlərə görə rusiyalıları təqib edəcək. “Bu, bizim ilk təcrübəmizdir və siz daha çoxunu gözləyəcəksiniz”, – Qarland deyib.

“Bizim agentlərin topladıqları dəlillər Rusiyanın hücumunun qəddarlığından, cinayətkarlığından və rüsvayçılığından xəbər verir”, – daxili təhlükəsizlik naziri Alexandro Mayorkas əlavə edib.

Bənzər yazılar

Back to top button