CəmiyyətManşet

Naxçıvanda təqaüdlər aşağı salınıb, alınan pullar geri tələb olunur

Naxçıvanda xeyli pensiyaçının aldığı təqaüd müxtəlif miqdarda aşağı salınıb. Bundan əlavə, səhv hesablama üzündən onların indiyə kimi aldıqları artıq pullar da geri tələb olunur.

Geri qaytarılmalı olan məbləğ isə, təqaüdçüyə görə 8-15 min arasında dəyişir. Bu haqda “Gündəlik Naxçıvan”a bir qrup təqaüdçü məlumat verib. Şikayətçilər deyir ki, bununla bağlı onlar xəbərdarlıq məktubları alıblar, pulu qaytarmadıqları təqdirdə məhkəmə ilə hədələnirlər.

Şərur rayonundan olan təqaüdçü S. Nağıyev deyir ki, onların tələb olunan məbləği ödəmək imkanı yoxdur:

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

“2017-ci ilin fevral ayında pensiya alıram. Iki ay idi pensiyalar dayandırılmışdı. Sentyabr ayında məktub aldım ki, pensiyam düzgün hüsablanmadığı üçün azaldılır. Noyabrda daha bir məktub göndərdilər ki, 9.234 manat borcun var, ödəməlisən. Ödəmədiyin halda məhkəməyə veriləcəksən. Mən hardan alım bu qədər pulu? Məgər mən pensiya hesablamışam? Pensiyanı mənə ƏƏMN hesablayıb. Məsuliyyət də onlarıdır. ”

Naxçıvan şəhər sakini C. Quliyev isə deyir ki, səhv hesablamaya görə, indi ondan 12.858 manat geri qaytarmaq tələb olunur:

“2016-cı ilin aprel ayında Naxçıvan şəhər ƏƏSMF mənə yaşa görə güzəştli pensiya təyin edib. Üzərindən 7 il keçib. İndi bunlar deyir ki, guya artıq hesablandığı üçün 12.858 manat geri ödəməliyəm. Səhv hesablayıblarsa onlar hesablayıb, məsuliyyəti də onlar daşıyır. Pensiyamı da azaldıblar. Sabah da deyəcəklər ki, pulu pensiyandan saxlayırıq. İndiki zamanda biz necə dolanaq? Bunları düşünən varmı? Yox”.

Bunda əlavə, bir qrup keçmiş FHN əməkdaşı da təqüdlərinin azalmasından şikayət edir:

“Biz 2017-ci ildə və ondan sonra təqaüdə çıxmışıq. 25 il FHN-də qulluq etmişik. Aramızda qazilər də var. 45 nəfərin hər birinin pensiyasından 200 manat azaldıblar. Bəjanə edirlər ki, hansısa qanuna dəyişiklik edilib. Ancaq, dəqiq nə qanundur, demirlər. Bunlar hamısı bəhanədir. Ötən ilin sonunda Naxçıvanda baş verən dəyişiklik zamanı sevindik ki, Talıbovlar getdi və hər şey yaxşıya doğru dəyişəcək. Görünən odur ki, yeni gələnlər pensiyaçıların pensiyasına da göz tikirlər. Bütün sahələrdə geriləmə var. Ancaq əhalinin ziyanına olan addımlar atılır”.

Bənzər yazılar

Back to top button