Siyasət

Rusiya XİN-dən Azərbaycan və Ermənistanın əldə etdiyi razılığa dair açıqlama

Rusiya Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq və sülh müqaviləsi bağlamaq niyyəti barədə birgə bəyanatını müsbət qiymətləndirir.

Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.

“Moskva Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş Naziri Aparatının iki ölkə arasında münasibətləri normallaşdırmaq və sülh müqaviləsi bağlamaq niyyətini təsdiqləyən birgə bəyanatını məmnunluqla qəbul edib”, -diplomat bildirib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

O qeyd edib ki, Moskva nəqliyyat kommunikasiyasının açılması, sərhədin delimitasiya olunması, sülh müqaviləsinin bağlanması və vətəndaş cəmiyyəti vasitəsilə təmasların qurulmasında bundan sonra da hər cür yardımı göstərməyə hazırdır.

“Biz Bakı və İrəvan arasında Ermənistan və Azərbaycan hərbçilərinin azad edilməsinə dair razılaşmanı alqışlayırıq”, – Zaxarova əlavə edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi xatırladıb ki, Rusiya ardıcıl olaraq “hamı hamı üçün” prinsipi əsasında məhbusların mübadiləsi ideyasını irəli sürür.

“Bu, qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verir və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illər üçün hərtərəfli üçtərəfli razılaşmalarına uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin təşviqində yeni imkanlar açır”, – deyə Zaxarova bildirib.

Bənzər yazılar

Back to top button