Siyasət

“Yaxın gələcəkdə Bakı ilə sülh müqaviləsinin imzalanması mümkündür” – Xandanyan

“İrəvan yaxın gələcəkdə Bakı ilə sülh müqaviləsi imzalamağı mümkün hesab edir”.

Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu keçirdiyi brifinqdə Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının rəhbəri Sarqis Xandanyan deyib.

O qeyd edib ki, Ermənistan hökuməti həmişə konstruktiv dialoqa sadiqdir və müvafiq sazişin imzalanması imkanını istisna etmir. Lakin qanunvericinin fikrincə, sənəd hər iki tərəf üçün məqbul olmalıdır.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

“Qeyd edək ki, bu bəyanatın qəbulu (Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatının birgə bəyanatı) müsbət nəticə verə bilər, çünki bəyanatın mətnində ən azı müsbət dil var ki, bu da gələcək danışıqların daha rahat gedişatına kömək edə bilər”, – deyə Xandanyan əlavə edib.
Komissya sədri Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Vaşinqtonda nəzərdə tutulan mümkün danışıqlara da toxunub:

“Xarici işlər nazirlərinin Moskvada mümkün görüşünə gəlincə, orada danışıqların aparılması ilə bağlı dəqiq təkliflər olmayıb, lakin danışıqların davamlılığını təmin etmək çox vacibdir”.

Qeyd edək ki, cümə axşamı axşam Azərbaycan Prezidentinin administrasiyası və Ermənistan Baş nazirinin aparatı birgə bəyanat yayıb və bəyan edib ki, Bakı və İrəvan münasibətləri tənzimləmək, həmçinin, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsi bağlamaq niyyətlərini təsdiqləyirlər.

Azərbaycan xoşməramlılıq əlaməti olaraq 32 erməni, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad edib.

Bənzər yazılar

Back to top button