Siyasət

Bakı və Yerevanın birgə bəyanatı qarşılıqlı siyasi iradənin nümayişidir – İ.Əliyev

Cümə günü dövlət başçısı İlham Əliyev Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edib.

Prezidentin mətbuat xidmətinin məlumatında deyilir ki, Buriç Azərbaycanın regionda davamlı sülhün təmin edilməsi istiqamətində atdığı addımları təqdir etdiklərini deyən Mariya Peyçinoviç Buriç bu xüsusda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanatı və bundan irəli gələn məsələləri, xüsusilə iki ölkə arasında etimad quruculuğu tədbirləri istiqamətində atılan addımları yüksək qiymətləndirdiklərini bildirib, Azərbaycan ilə Ermənistan arasında etimad quruculuğu proseslərinə Avropa Şurasının töhfə verməyə hazır olduğunu vurğulayıb.

İ.Əliyev cavab sözündə Azərbaycan və Ermənistan arasında qəbul olunmuş birgə bəyanatın “qarşılıqlı sülh gündəliyinin irəli aparılması və ölkələrimiz arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişi” olduğunu qeyd edib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Onun sözlərinə görə, “Avropa Şurası da iki ölkə arasında etimad quruculuğu proseslərinə töhfə vermək üçün çox yaxşı platformadır”.

Söhbət zamanı AŞPA-da Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında da əlaqələrin və konstruktiv dialoqun vacibliyi bildirilib. Görüşdə mədəniyyətlərarası dialoq prosesində Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığa toxunulub, bu əməkdaşlığın davam etdirilməsinin önəmi vurğulanıb.

Bənzər yazılar

Back to top button