GündəmSiyasət

Azərbaycan Ermənistandan nə qarantiya istəyir?

“Ermənistanda hər hansı bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır. Çünki biz bilirik Ermənistanda nə baş verir. Həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox “müşavirləri” var”.

Bunu dekabrın 6-da Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda forumda bildirib.

O, vurğulayıb ki, “istərdik ki, iki ölkə arasında ümumiyyətlə müharibə olmasın, bununla bağlı qarantiya olsun”.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bundan əvvəl Azərbaycan Ermənistana ikitərəfli, vasitəçisiz danışıqlar və onun nəticəsində sülh müqaviləsini bağlamasını təklif edib.

Dekabrın 7-də isə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının birgə açıqlama yayıb.Əsasən hərbi əsirlərin dəyişdirilməsi (Azərbaycan 32, Ermənistan 2 hərbi qulluqçu azad etməlidir) ilə bağlı razılaşmadan bəhs edən bu açıqlamada sülh prosesinə də toxunulub: “Azərbaycan və Ermənistan regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir… Aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub”.

Belə olan halda müəyyən suallar ortaya çıxır. Azərbaycana hansı qarantiyalar lazımdır və zaminlər kimlər olmalıdır?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu Turana bildirib ki, doğrudan da regionda etibarlı sülh üçün revanşist cəhdlərə son qoyulmalıdır: “Çox təəssüf ki, Ermənistan 3 ildir tam əksinə müharibəyə hazırlaşır. Əgər 30 il qonşu ölkənin torpaqlarını işğalla saxlamış bir ölkə sülh üçün imkan yarandıqdan sonra yenə silahlanırsa demək o, müharibəyə hazırlaşır. Ona görə də Azərbaycan Prezidenti bu fikirləri səsləndirdi”.

Deputat qeyd edib ki, Ermənistan təkcə özü müharibəyə hazırlaşmır: “Ermənistanı müharibəyə hazırlaşdıranlar var. Bunların başında Fransa, ABŞ, Hindistan və bəzi digər ölkələr gəlir. 2 gün öncə Ermənistanım Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-da idi, yeni silahların alınması və hərbçilərin hazırlanması ilə bağlı ilkin razılaşmanı əldə etdilər. Amerikadan sonra Qriqoryan İngiltərəyə səfər edib. Fransadan silahların alınması ilə bağlı razılıqlar var. Bütün bunlar Ermənistanın müharibə niyyətindən xəbər verir”.

H.Babaoğlu hesab edir ki, Ermənistanın revanşizmdən imtinasının təminatçısı heç bir beynəlxalq qurum və ölkə olmamalıdır: “Çünki bu sülhə xidmət etməyəcək. Ona görə də Ermənistan revanşizmdən əl çəkməlidir və müstəqil dövlət kimi davranmalıdır ki, regionda sülh yaransın. Əks təqdirdə, biz sülh bağlanması üçün, kommunikasiyaların açılması üçün, Ermənistanın revanşizmdən çəkinməsi üçün üçüncü tərəfi axtarsaq bu dayanıqlı sülh olmayacaq, məcburi olaraq müvəqqəti bağlanmış sülh olacaq”.

Onun fikrincə, Ermənistan bağlanmış sülh müqaviləsində bununla bağlı öhdəçilik götürməlidir ki, o uzunmüddətli sülhə hazırdır və revanşizm cəhdlər etməyəcək: “Ermənistan-Azərbaycan arasında sülh bağlansa belə, bu etibarlı və uzunmüddətli sülh olmayacaq. Çünki biz tanıdığımız qonşu Ermənistan daima regiona qeyri-sabitlik mərkəzi olaraq qalacaq. Ona görə ki, Ermənistanın liderləri öz xalqının mənafeyini nəzərə almırlar. Əgər dünən müharibənin sifarişçisi Rusiya idisə, bu gün Qərbdir. Kim zəmanət verə bilər ki, sabah üçüncü ölkə Ermənistana müharibə sifariş etməyəcək? Ona görə də bizim üçün sülhün yeganə təminatçısı Azərbaycan ordusunun, xalqın, diplomatiyanın gücüdür”.

Azərbaycan xalqı və dövləti üçün təminata gəlincə heç bir xarici dövlət bunu verə bilməz: “Ötən əsrdə Almaniya Polşaya hücum edəndə Polşaya zəmanət vermişdilər, amma sonra xilas edə bilmədilər. Rusiya Ukraynaya hücum etdi, amma Ukraynaya Budapeşt sammitində böyük nüvə dövlətləri zəmanət vermişdilər. Yəni, bu beynəlxalq zəmanətlər işləməyən məfhumdur. Yeganə işləyən məfhum dövlətin gücü, xalqla hakimiyyətin vəhdəti, bu ölkənin beynəlxalq aləmdə hörmətidir”.

Siyasi şərhçisi Zərdüşt Əlizadə isə AzadlıqRadiosuna deyib ki, Azərbaycan xalqı və dövləti üçün təminata gəlincə heç bir xarici dövlət bunu verə bilməz: “Ötən əsrdə Almaniya Polşaya hücum edəndə Polşaya zəmanət vermişdilər, amma sonra xilas edə bilmədilər. Rusiya Ukraynaya hücum etdi, amma Ukraynaya Budapeşt sammitində böyük nüvə dövlətləri zəmanət vermişdilər. Yəni, bu beynəlxalq zəmanətlər işləməyən məfhumdur. Yeganə işləyən məfhum dövlətin gücü, xalqla hakimiyyətin vəhdəti, bu ölkənin beynəlxalq aləmdə hörmətidir”.

Z.Əlizadənin fikrincə, bu baxımından Azərbaycanda böyük qüsurlar var: “Azərbaycan ordusu Ermənistan ordusundan güclüdür. Azərbaycan ordusu bunu sübut etdi. Amma Azərbaycanda xalqla hakimiyyət arasında vəhdət varmı? Azərbaycan Konstitusiyasını addımbaşı pozan, Azərbaycan vətəndaşlarının hüquqlarını tapdalayan, onun cibinə girən məmurların xalqla vəhdəti varmı? Azərbaycan vətəndaşların hüquqlarını təmin edən müstəqil məhkəmə varmı? Azərbaycanda siyasi məhbuslar var. Bütün dünyanın qara dəftərlərinə Azərbaycanın adı var”.

Politoloq qeyd edib ki, Azərbaycanın təminatı onun vətəndaşların hüquqlarının qorumasında, vətəndaşların dövlətə göstərdiyi etimaddadır.(Turan)

Bənzər yazılar

Back to top button