İdman

Ronaldu yubiley matçında fərqləndi, komandası darmadağına sevindi

Səudiyyə Ərəbistanı Liqasının 16-cı turunun oyununda “Əl-Nəsr” “Ər-Riyad”ı qəbul edib.

Fanat.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı karyerasında 1200-cü matçına çıxan ulduz forvard Kriştianu Ronaldu açıb. Bununla da 38 yaşlı forvard keçirdiyi 15-ci matçda 16 dəfə fərqlənib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

“Əl-Nəsr”in digər qollarını Taliska (2) və Otavio vurub.

“Əl-Nəsr” 37 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Lider “Əl-Hilal”la arasındakı fərq 7 xaldır.

Bənzər yazılar

Back to top button