İdman

“Real” transfer şousuna başlayır: iki ulduz gəlir

“Real” iki ulduzun transferini açıqlamağa hazırlaşır.

İspaniya mediasına istinadən xəbər verir ki, Madrid klubu “Çelsi”nin iki ulduzu – Villian və Tibo Kurtuanı transfer edir.

Məlumata görə, “Real” “Barselona”nın ala bilmədiyi Villian və Belçika millisinin qapıçısı üçün “Çelsi”yə 120 milyon avro ödəyəcək. London klubunun bu transferlərə müsbət yanaşdığı bildirilir.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd edək ki, Villian 2013-ü ildə “Anji”dən “Çelsi”yə 35,5 milyon avroya transfer olunub. Hzaırda “Transfermarkt” 29 yaşlı braziliyalıya 38 milyon avro qiymət qoyub. Hücumçu ötən mövsüm meydana çıxdığı 55 rəsmi oyunda 13 qol vurub və 12 məhsuldar ötürmə edib. Villian ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı 2 oyun keçirərək, 2 qol vurb və 1 məhsuldar ötürmə edib.

Kurtua 2011-ci ildə Belçikanın “Genk” klubundan “Çelsi”yə 8,95 milyon avroya transfer olunub. Hazırda “Transfermarkt” ona 65 milyon avro qiymət qoyub. O, “Qarabağ”a qarşı Çempionlar Liqasının hər iki oyununda meydanda olub. Bu matçlarda “Çelsi” 10 qol vursa da, Kurtua qapısını toxunulmaz saxlayıb.

Onu da qeyd edək ki, Kriştiano Ronaldonu “Yuventus”a satan “Real” hələlik heyətinə ulduz futbolçu qatmayıb. Madrid klubu “Flamenqo”dan 45 milyon avroya 18 yaşlı hücumçu Viniçius Junior, “Real Sosyedad”dan 30 milyon avroya 22 yaşlı sağ cinah müdafiəçisi Alvaro Odriozola və “Zarya”dan 8,5 milyon avroya 19 yaşlı qapıçı Andrey Lunini transfer edib.

Fanat.Az

Bənzər yazılar

Back to top button