Bizim seçimDünya

Azərbaycanlı millət vəkili: “Nazir üzr istəməlidir!”

Təhsil naziri üzr istəməlidir .

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Güney Azərbaycanın Xoy şəhərinin İran parlamentindəki millət vəkili Tağı Kəbiri ölkənin təhsil naziri Məhəmməd Bəthayinin şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli olduğu barədə işlətdiyi ifadələrə cavab olaraq deyib.

“Həssas bir nazirliyə rəhbərlik edən şəxsin ölçüsüz və qeyri-peşəkarcasına açıqlama verib, ana dillərinin tədrisinin qadağan olduğunu bildirməsi böyük təəssüf doğurur. İctimaiyyətin minimum gözləntisi təhsil nazirinin üzr istəməsidir”, – T.Kəbiri bildirib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd edək ki, iyulun 14-də İranın təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli olduğunu, bu səbəbdən qadağan edildiyini bildirmişdi.

Bənzər yazılar

Back to top button