Bizim seçimHadisə

Aslan İsmayılov 1 il 6 ay müddətinə islah işlərinə məhkum edildi

Son bir il ərzində məşhur iş adamı, “Xəmsə” MMC-nin sahibi Mürvət Həsənli ilə vəkil Aslan İsmayılov arasında davam edən məhkəmə prosesi sona çatıb.

AzToday.az Virtualaz.org-a istinadən xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə Səbail Rayon Məhkəməsində keçirilən iclas tərəflərin Korrupsiya ilə Mübarizə İdarəsinin yolladığı sənədlərlə tanışlığı ilə başlayıb. Hakim müdafiə və ittiham tərəflərinə müraciət edərək istintaqın bitdiyini bildirib. İttiham tərəfinin etirazı olmasa da, təqsirləndirilən A.İsmayılov etirazını edib.

Hakim isə bu narazılığa fikir verməyərək məhkəmə istintaqının başa çatdığını elan edib. Bundan sonra tərəflərə çıxış üçün söz verilib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Ötən proseslərdə olduğu kimi yenidən gərginlik yaşanıb. M.Həsənli məhkəmədən A.İsmayılovun məhkəmə zalında həbs edilməsini istəyib. Lakin təqsirləndirilən öz çıxışında onun iddialarını rədd edib.

Hakimin son söz üçün müraciət etməsinə baxmayaraq, A.İsmayılov bundan imtina edib.

Sonra məhkəmə müşavirəyə yollanıb və yarım saatdan sonra hakim Azər Tağıyev hökmü elan edib. A.İsmayılov əməkhaqqının 15%-nin dövlətin xeyrinə tutulması şərtilə 1 il 6 ay müddətinə islah işlərinə məhkum edilib və 1500 manat həcmində cərimə olunub.

Qeyd edək ki, A.İsmayılov özünün “Facebook” səhifəsində, həmçinin KİV üçün brifinqdə Mürvət Həsənlinin ünvanına onun şərəf və ləyaqətini alçaldan ifadələr işlətməkdə ittiham edilirdi. M.Həsənli vəkili məhkəməyə verərək, onun barəsində CM-nin 147.2-ci maddəsi üzrə (böhtan, ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə) cinayət işinin başlanmasını tələb etmişdi.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button