Dünya

Trampdan İrana növbəti görüş mesajı

ABŞ prezidenti Donald Tramp İranla görüş barədə növbəti fikirləri səsləndirib.

Qaynarinfo xəbər verir ki, Floridada tərəfdarları qarşısında çıxış edən Tramp “Qısa müddət ərzində bizim əlaqə saxlayacaqlarını hiss edirəm, amma bu baş verməyə də bilər” fikirlərini səsləndirib.

Qeyd edək ki, Tramp ötən günlərdə İran prezidenti Həsən Ruhani ilə görüşməyə hazır olduğunu dilə gətirmiş, lakin İran ABŞ-ın apardığı siyasətə görə bunu qeyri-mümkün adlandırmışdı.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Dünən isə İran Milli Məclisinin təhlükəsizlik və xarici siyasət üzrə komissiyasının rəhbəri Həşmətulla Fəlahətpişə Tehran və Vaşinqton arasında qırmızı xəttin yaradılmasını təklif edib və digər ölkələrin ABŞ-İran əlaqələrinə zərər verdiyini dilə gətirib.

Bənzər yazılar

Back to top button