İdman

Zelinski klubunun yeni müqavilə təklifini rədd etdi – SƏBƏB

“Napoli”nin yarımmüdafiəçisi Pyotr Zelinski klubunun yeni müqavilə təklifini geri çevirib.

Fanat.az “Football Italia”ya istinadən xəbər verir ki, 29 yaşlı futbolçu “İnter”ə keçmək istədiyi üçün neapollularla müqavilə yeniləməyə razılaşmayıb.

Xəbərə görə, Pyotr cari mövsümün sonunda azad agent qismində Milan klubuna qoşulmaqda qərarlıdır.

Qeyd edək ki, Zelinski 2016-cı ildən “Napoli”nin uğurları üçün çalışır.

Bənzər yazılar

Back to top button