Hadisə

Masazırdakı hadisəyə görə tibb bacısı və şöbə müdiri cazalandırıldı – TƏBİB

Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli 49 ünvanından Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar TƏBİB tərəfindən müvafiq araşdırma aparılıb.

Yeniavaz.com xəbər verir ki, qurumun yaydığı məlumata əsasən, araşdırmanın nəticəsinə uyğun olaraq, Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin çağırış üzrə tibb bacısı əmək müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməyərək işində yol verdiyi nöqsana görə əmək qanunvericiliyin tələblərinə uyğun olaraq barəsində intizam tənbəhi növü olaraq töhmət verilib.

Qeyd olunub ki, o, həmçinin Təcili təxirəsalınmaz tibbi yardım xidmətinin göstərilməsindən tam kənarlaşdırılıb:
“Eyni zamanda həmin şöbənin müdirinə əmək funksiyasının icrası zamanı yol verdiyi nöqsana görə yazılı xəbərdarlıq edilib.

Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicə alan 15 yaşlı Ayan Aslanova Travmatologiya şöbəsinə köçürülüb. Vəziyyəti orta ağırdır, əməliyyat olunması nəzərdə tutulub”.

Qeyd edək ki, yanvarın 3-də Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli 49 ünvanında eyvandan yıxılan Ayan Aslanovanın yaxınları təcili tibbi yardıma müraciət etsələr də, uzun müddət hər hansı təcili tibbi yardım avtomobili gəlməyib və yaxınları xəstəni öz imkanları ilə xəstəxanaya çatdırmalı olublar. Məsələ ictimaiyyətdə və sosial şəbəkələrdə müzakirələrə və tənqidlərə səbəb olub.

Bənzər yazılar

Back to top button