Hadisə

Apellyasiya Məhkəməsi Hafiz Babalını həbsdə saxlayıb

Yanvarın 19-da Bakı Apellyasiya Məhkəməsi araşdırmaçı jurnalist Hafiz Babalının ev dustaqlığına keçirilməsindən imtina haqqında şikayətini təmin etməyib.

Vəkil Rəsul Cəfərovun verdiyi məlumata görə, iclasda Babalı qaçaqmalçılıq ittihamının və ona qarşı cinayət təqibinin jurnalist araşdırmaları ilə bağlı olduğunu təkrar edib.

Turan Agentliyinin “iqtisadi xəbərlər” şöbəsinin redaktoru Hafiz Babalı dekabrın 13-də saxlanılıb. Ona qarşı “xarici valyuta qaçaqmalçılığı” ittihamı irəli sürülüb. Məhkəmənin qərarı ilə o, üç ay müddətinə həbs olunub. Babalı 40 min avro pul vəsaitinin qaçaqmalçılığında ittiham olunan “Abzas Media” onlayn nəşrinin işi çərçivəsində məhkəməyə cəlb olunub. Guya bu pul vəsaiti Azərbaycan hakimiyyətini tənqid etmək üçün Qərb donorlarından alınıb.

Beynəlxalq təşkilatlar bu həbsləri pisləyib, jurnalistləri azad etməyə çağırıb.

Bənzər yazılar

Back to top button