Hadisə

Bakıda sərnişin dolu avtobus yanacaqdoldurma məntəqəsinə çırpıldı (VİDEO)

Bakıda sərnişin dolu avtobus yanacaqdoldurma məntəqəsinə çırpılıb.

AzToday.az musavat.com-a istinadən xəbər verir ki, bu gün axşam saatlarında 143 saylı marşrut avtobusu (10-TG-614) yoldan çıxaraq “Avtovağzal dairəsi” nin yaxınlığında yerləşən “Ozan” yanacaqdoldurma məntəqəsinin ərazisinə daxil olub.

Qəza nəticəsində marşrut avtobusu yanacaq paylayan qurğuların birinə çırpılıb, qurğu yararsız hala düşüb. Xoşbəxtlikdən hadisə zamanı partlayış baş verməyib, eləcə də avtobusdakı sərnişinlərdən heç kim xəsarət almayıb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Hadisənin sürücü diqqətsizliyi ucbatından baş verdiyi ehtimal edilir.

Bənzər yazılar

Back to top button