DünyaManşet

Ukrayna süqut etsə, biz Zakarpatyeni tələb edəcəyik – Macarıstan partiyasının lideri

Macarıstanın ifrat sağçı Mi Hazank partiyasının lideri Laslo Toroçkay Ukraynanın müharibə nəticəsində dövlətçiliyini itirəcəyi təqdirdə Ukraynanın Zakarpatye bölgəsinə iddialarını açıqlayıb.

Mənbə: İndeks, Macarıstan xəbər nəşri; Avropa həqiqəti

Şənbə günü (27 yanvar) partiyanın Budapeştdə keçirilən illik konfransındakı çıxışında Toroçkay deyib ki, “beynəlxalq maliyyəçilərin” təzyiqi Ukraynada müharibəyə gətirib çıxarıb, bu müharibə “Avropanı məhv edəcək və qitənin iqtisadiyyatını dibə sürükləyəcək”. Toroçkaya görə, “Ukraynanı 10 trilyon dollardan çox aktivləri olan dünyanın ən böyük investisiya fondu “BlackRock” satın alıb”.

Laslo Toroçkay bildirib ki, onun partiyası Ukraynada müharibənin dayandırılmasının tərəfdarıdır: dərhal atəşkəs, sülh və danışıqlar yolu ilə həll istəyir.

O, həmçinin elan edib ki, müharibə nəticəsində Ukrayna dövlətçiliyi süqut etsə, Mi Hazank Zakarpatyeni tələb edəcək.

“Müharibə səbəbindən Ukraynanın dövlətçiliyi süqut etsə, Mi Hazank yeganə parlament partiyası kimi Zakarpatyeyə hüquqlarını bəyan edəcək” deyə Lazlo Toroçkay bildirib.

Keçən ilki Mi Hazank partiyasının konfransında digər məsələlərlə yanaşı, yeni dünya müharibəsinin qarşısı alınmalı olduğunu və “Ukraynanın xarici investorlara satıldığı” bildirilmişdi. Mi Hazank partiyası Finlandiya və İsveçin NATO-ya daxil olmasına qarşı çıxdı, çünki onların daxil olmasının Rusiya ilə müharibə şansını artıracağına inanırdı.(Turan)

Bənzər yazılar

Back to top button