HadisəManşetSiyasət

Kəmaləddin Qafarovdan revanş – Böyük biznesdən böyük siyasətə doğru…

Milli Məclisin ən gənc deputatlarından olan Kəmaləddin Qafarov barəsində Qlobal.az ilginc məlumat əldə edib. Məlumatda iddia olunur ki, ölkənin ən böyük dərman monopolistlərindən biri olan Kəmaləddin Qafarovun yaxın zamanlarda deputatlıq fəaliyyətinə xitam verilə bilər. Buna səbəb isə gənc deputatın Səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunmaq ehtimalıdır.

Bu ehtimalı gücləndirən əsas amillərdən biri, il yarım deputatlıq fəaliyyəti boyu Milli Məclisin trubunasından heç bir söz danışmayan, hər hansısa təşəbbüs və təklif irəli sürməyən deputatın son zamanlar mediada aktivləşməsidir. Diqqət çəkən məqamlardan biri isə Kəmaləddin Qafarovun mediada seçicilərinin sosial durumundan, daha çox məlumatlı olduğu ölkə səhiyyəsinin real vəziyyətindən yox, Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının birbaşa məşğul olduğu müharibə mövzusu ilə gündəmə gəlməsidir. Bildirək ki, Kəmaləddin Qafarovun sözügedən mövzu ilə bağlı müsahibəsi həm də facebookda ödənişli əsaslarla sosial şəbəkə istifadəçilərinə təqdim edilir. Bir media orqanının yalnız Kəmaləddin Qafarovla bağlı olan xəbərləri pul xərcləyərək ödənişli əsaslarla milyonlarla istifadəçisi olan şəbəkəyə təqdim etməyinin arxasında əlbəttə ki, böyük məqsədlər dayanır. Güman olunur ki, gənc deputat bununla ölkənin ali rəhbərliyinə siyasi potensialının daha böyük olduğunu nümayiş etdirir.
Qeyd edək ki, Kəmaləddin Qafarov deputat olmaqla yanaşı, həm də Milli Onkologiya Mərkəzinin direktor müavinidir. Məhz buna görə də onun səhiyyə sisteminin idarəetməsində böyük təcrübəsinin olduğu deyilir. Bundan əlavə onun ölkəyə dərman preparatları və tibbi ləvazimatlar idxal edən nəhəng şirkətinin olduğu da müntəzəm olaraq mediada tirajlanır. Kəmaləddin Qafarov barəsində səslənən digər xəbərdə isə ötən il Milli Onkologiya Mərkəzinə dərman və sarğı ləvazimatlarının alınması üçün keçirilən 10.499.998 manatlıq tenderin ona yaxın olan şirkət tərəfindən udulması iddia olunur.
Xatırladaq ki, Kəmaləddin Qafarov 1976-cı ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsinin məzunudur. Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktorunun müavinidir. 2015-ci ildə 9 saylı Binəqədi ikinci seçki dairə komissiyasından V çağırış Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilib. Milli Məclis Səhiyyə Komitəsinin üzvüdür. Rus və türk dillərini bilir.
Onu da qeyd edək ki, Kəmaləddin Qafarovun vətənpərvər ruha malik və milli dövlətçiliyi sevən şəxs olduğu deyilir.
 
Qlobal.az

 

Bənzər yazılar

Back to top button